İstİsmarda keyfİyyət və davamlılıq
Plastik pəncərə profillərinin istehsalı
Haqqımızda
Biz, ALPROF firması olaraq, 2001-ci ildən etibarən Azərbaycanda ən müasir plastik qapı və pəncərə sistemlərindən biri sayılan LAOUMANN sisteminin istehsalına başlamışıq. İlk dövrlərdə, illik istehsal həcmi 720 ton olan yalnız bir ekstruziya xəttinin olmasına baxmayaraq, bu gün istehsalın əsasını TECHNOPLAST, MİKROSAN və LİANSU firmasının istehsalı olan 7 ən yeni avadanlıq, bundan əlavə müasir texnologiyalar, yüksək keyfiyyətli xarici xammal və xüsusi əlavələrin kompleks şəkildə istifadəsi təşkil edir. Müəssisədə işləyən bütün texniki mütəxəssislər Avstriyada təcrübə kecmişlər.
Rusiyanın "RUSVINYL", Amerikanın "KRONOS", Türkiyənin "AKDENİZ KİMYA", "MERİT PLASTİK", Almaniyanın "KLEIBERIT", Koreyanın "LG" kimi nəhəng şirkətləri müəssisəmizi profil istehsalı üçün lazım olan ən keytfiyyətli xammal ilə təchiz edir.

ALPROF profillərinin yüksək keyfiyyətinə sübut - plastik
kütlə və polimerlərin İSO 306, DİN 53453, DİN 53457, RAL GZ 716/1 normaları əsasında keçirilmiş laborator sınaqlar zamanı yüksək nəticə əldə etməsidir.
Hal-hazırda məhsulun istehsal həcmi ildə 4800 tona qədər artırılıb ki bununla da bazar təlabatını tam ödəmə gücünə malikdir.



Üstünlüklər
ALPROF pəncərə sistemlərini alın – razı qalın!

  • Müasir və rahat dizayn

    AVEO və AVENTUS profillər sistemi dəbdəbəli müasir dizaynı, istənilən məkanda yarada bildiyi rahatlıq atmosferi və yumşaq konturları, klassik həndəsi profili, hamar, ağ parıldayan səthi ilə evinizə verdiyi təkrarolunmaz cazibə qüvvəsi ilə diqqəti cəlb edir. Bu pəncərə sistemləri interyer və fasadların yaradılmasında hüdudsuz forma və rəng imkanlarına malikdir.

  • Açılan pəncərə və qapı profillərinin mohkəmliyi və üstün kiplik
    Açılan pəncərə və qapı profillərinin xarici və daxili hissələrinə bərkidilmiş xüsusi rezindən hazırlanmış iki kontur xətt istilik keçirməyən xüsusiyyətə malikdir və məkanı yelçəkən, toz və nəmişlikdən qoruyur.
    Kifayət qədər hava dəyişmə (ventilyasiya) sisteminə malik olmayan məkanlarda münasib iqlim yaratmaq və yüksək nəmişliyin qarşısını almaq üçün ALPROF əlavə ventilyasiya sistemini təqdim edir.

  • Aşağı səs keçiriciliyi və yüksək əhval ruhiyyə təminatı
    AVEO və AVENTUS profillər sisteminin pəncərələri Sizə öz şəxsi ehtiyaclarınız əsasında münasib qərarlar qəbul etməyə kömək edir. Xüsusi şüşə salma texnologiyası pəncərələrin səs keçirməməzliyini təmin edir. Mütəxəssislərimiz pəncərə quraşdırılması zamanı bütün mövcud təfərrüatları nəzərə alırlar ki, siz ətrafdakı səs-küydən xilas olaraq, özünüzü daha vacib işlərə həsr edəsiniz.
  • Basqından qorunma
    AVEO və AVENTUS profillər sisteminin müasir etibarlı konstruksiyası Avropa istehsalçılarının basqına qarşı yaratdığı əlavə qabaqcıl furniturlardan istifadəni mümkün edir və yaşayış evinin təhlükəsizliyini artıraraq, qarətcilərin evə pəncərədən və ya eyvandan basqın etməsinin qarşısını alır.

  • Təhlükəsizlik
    Profil ekstruziya yolu ilə plastikləşdirilməmiş bərk PVC əsasında zərbəyə, iqlim dəyişikliklərinə davamlı, sağlamlığa zərərsiz, qurğuşunsuz və xüsusi əlavələr sayəsində yanğınadavamlı və ətraf mühiti polimerlərlə çirkləndirməyən materiallardan hazırlanıb.

  • Gündəlik istifadədə rahatlıq
    AVEO və AVENTUS plastik pəncərələrinin əsas üstün cəhətlərindən biri də odur ki, onlara qulluq etmək çox asandır, istifadə də uzun müddətlidirlər və asanlıqla açılıb örtülürlər. PVC profillərini rəngləməyə ehtiyac yoxdur, hamar hərəkətsiz səthləri isə onlara qulluğu asanlaşdırır. Bu səthlərdə çirk və toz yığılmır ki, bu da təmir və xüsusi xidmət xərclərini azaldır.

  • Etibarlı zəmanət
    AVEO və AVENTUS profilli pəncərələr həm Azərbaycan, həm də Avrasiya tikinti bazarlarında özünü etibarlı məhsul kimi tanıdıb. Pəncərə profilləri qabaqcıl Avropa mütəxəssislərinin elmi və texniki tədqiqatları əsasında işlənib hazırlanmış yüksək keyfiyyətli materiallardan hazırlanıb. Yüksək keyfiyyətli, sertifikatlaşdırılmış materiallardan istifadə və texnologiyalara ciddi riayət, on illiklər ərzində əlverişsiz iqlim şərtlərinə və ətraf aləmin mənfi təsirinə qarşı profilin möhkəmliyini artırır
  • İdeal profil – əlverişli qiymət
    Azərbaycan bazarının tələb və xüsusiyyətlərini nəzərə alaraq, ALPROF məhsulları özündə əlverişli qiymət və yüksək Avropa keyfiyyətini birləşdirir. Keyfiyyət və etibarlılıq isə əlavə qazanc deməkdir.

Ətraflı məlumat əldə etmək istəyirsiniz ?
Bizim mütəxəssislər Sizi maraqlandıran bütün suallar və
yarana biləcək problemlərlə daima Sizin xidmətinizdədirlər.

Aveo və Aventus
ЦВЕТ СКРОЛЛБАРА
Əlaqə üçün :
+994 12 567 65 51/81
+994 50 225 60 90
info@alumex.az
«ALPROF MMC»
AZ 1029, Bakı, Azərbaycan, Böyükşor s., 2062